Müğənni Afaq Aslan yenidən əməliyyat masasına uzanıb. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü xəbər verib: "Haqqımda yayılan "Afaq Aslan mini infak keçirtdi və dərhal özəl xəstəxanalardan birinə qaldırıldı!" başlıqları altında dərc olunan xəbərlərə qısaca aydınlıq gətirmək istəyirəm. Uzun bir aradan sonra ölkəyə geri dönüş səbəbim həkimimlə görüşüb, gələcəkdəki layihələrimin yeni imic üçün nəzərdə tutduğumuz əməliyyat planlarımızı həyata keçirmək oldu.
Karantin zamanı hər kəs kimi mən də artıq çəki almışdım. Bu çəkilər demək olar ki, məni depressiyaya salmağa və efirlərdən uzaqlaşmağa vadar etmişdi. Azərbaycana dönər-dönməz dərhal əməliyyat olundum. Yenidən liposaksiya, liposhaping, incə bel, bulhorn, bantik dodaqlar etdirdim. Allaha şükürlər olsun ki, peşəkar komanda tərəfindən həyata keçirilmiş əməliyyat uğurla başa çatdı.
İnşAllah yaxın günlərdə yeni imicimlə və layihəmlə qarşınızda olacam".