Tovuzda karantin qaydalarına zidd fəaliyyət göstərən çay evi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AXIN.AZ-ın Qərb mərkəzinə verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisində çay evlərinin birində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi, həmçinin, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.
Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi R.Qəniyev və 5 nəfər müştəri Şəhər Polis Şöbəsinə dəvət olunaraq həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.