ini toplaya bilib. 35 saylı Xətai Üçüncü Seçki Dairəsi üzrə ümumilikdə 39040 seçici var.
H.Rəcəbli 9594 seçicinin etimadını qazanıb. 74 saylı Lənkəran Kənd Seçki Dairəsində seçicilərin ümumi sayı 35434-dür.
Ç.Qənizadə isə səsvermədə iştirak edənlərin 10 min 286-nın səsini yığıb. Həmin dairədə ümumi seçici sayı 42680 nəfərdir.
Qeyd edək ki, seçkilərdə seçicilərin hamısı iştirak etməyib.
Azərbaycanda seçicilərin sayı 5 milyon 329 min 460 nəfərdir.
Ancaq ölkə üzrə seçkidə ümumilikdə 2 milyon 547 min 982 seçici iştirak edib. Bu isə ümumi seçicilərin 47.81 faizini təşkil edir.