Maraqlı paylaşımları və şərhləri ilə diqqət çəkən müğənni Şəbnəm Tovuzlu bu dəfə əyləncə zamanı qorxması ilə gündəmə gəlib.
Axin.az xəbər verir ki, Uludağa gedən sənətçi adrenalin yaşamaq üçün rezin trosun köməyi ilə hündürlüyə qalxıb.
Hündürlüyə qalxdığı zaman ifaçı çox qorxub və qışqırmağa başlayıb.
Həmin anları lentə alaraq “Hündürlükdən qorxum yox idi. O anda doğrudan qorxdum. Bunu yaşamaq lazımdır” - başlığı altında “Instagram”da yayımlayan müğənnini izləyicilər şərh yağışına tutublar. İzləyicilərin yazdığı “Bu nə pis səs idi”, “Sənin nə işin var orada, xəstə olarsan”, “Qışqırmaqdan səsin batdı ki”, Özünü bu yolla reklam edir. Elə bir başqa dərdi yoxdur” - rəylərinə isə Ş.Tovuzlu reaksiya verməyib.