Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə arxiv fotolarını paylaşıb.
Axin.az xəbər verir ki, sənətçi 1980-ci illərdə səhnədəki çıxışı zamanı lentə alınan şəkilləri izləyiciləri üçün yayımlayaraq “Kim mənim bu dövrümü xatırlayır” sualını ünvanlayıb.
Rəy bölməsinə Əməkdar artistlər Teymur Əmrah və Nüşabə Ələsgərli şərh yazıblar. Teymur Əmrah “Aynişan sizin uşaqlığınıza oxşayır”, Nüşabə isə “mən xatırlayıram” sözlərini qeyd ediblər.