Bolqarıstanda yaşayan Andrea Emilova Ivanova dünyanın ən böyük dodaqlarına sahib olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ivanova buna üçün xəstəxana-xəstəxana gəzərək 15 dəfə dodaq böyütmə əməliyyatı etdirib.
Onun sözlərinə görə o, bu vəziyyətdə özünü daha yaxşı hiss edir. Çünki Andrea Emilova Ivanova düşünür ki, böyük dodaqları ilə gözəl görünür.
Bolqarıstanlı qız onu qınayanlara qulaqlarını qapayıb. Heç kimə əhəmiyyət vermir.