“Qarabağ” futbol klubunun keçmiş qapıçısı İbrahim Şehiçin toyu olub.
Axin.az-ın məlumatına görə, futbolçu ötən gün Məryəm adlı xanımla ailə qurub. Onun toyu vətəni Bosniyanın Sarayevo şəhərində keçirilib.
Qeyd edək ki, 31 yaşlı oyunçu beş il “Qarabağ”da fəaliyyət göstərib. O, hazırda Türkiyənin “Erzurumspor” komandasının üzvüdür.