Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axin.az xəbər verir ki, qəza Saray qəsəbəsində qeydə alınıb. 38 yaşlı Elşad Cavadov idarə etdiyi “Lada Priora” markalı avtomobillə Bakı-Saray yolunda hərəkətdə olan zaman 1969-cu il təvəllüdlü Mirişov Firudin Şahverdi oğlunun idarə etdiyi “Saipa” markalı nəqliyyat vasitəsilə toqquşub. Zərbənin gücündən “Saipa”nın sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb. O, aldığı xəsarətlərdən avtomobildə keçinib.
Əraziyə FHN-in Sumqayıt Regional Xidmətinin əməkdaşları cəlb olunub. Firudin Mirişovun meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəza zamanı “Lada”nın sürücüsü ağır xəsarət alıb. O, dərhal xəstəxanaya yerləşdirilib.