Kürdəmirdə ana və oğlunun meyiti tapılıb.
Axin.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Şüşün kəndində qeydə alınıb. Kənd sakini, 1977-ci il təvəllüdlü Leyla Cavanşir qızı Qənbərovanın meyiti həyətdəki su quyusundan, onun övladı Hilal Orxan oğlu Qənbərovun meyiti isə evdə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.