Şoumen İvan Urqantın özü şəxsi həyatını nümayiş etdirməkdən qaçsa da ögey qızı qalmaqala səbəb olan paylaşım edib.
Axin.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onun həyat yoldaşı Natali Kiknadzenin ilk nikahdan olan 19 yaşlı övladı Erika Kutaliya ABŞ-da təhsil alır və yaşayır.
Sosial şəbəkədə tez-tez paylaşımlar edən Erika qaradərili sevgilisi Mozes ilə gündəmə gəlib. Mozes və Erika karantin günlərini birlikdə keçirdiklərini bildiriblər. Onları yataq otağında olan selfiləri müzakirələrə səbəb olub.
İzləyicilərdən biri oğlanı 1990-cı illərin filmlərinin qəhrəmanlarına bənzədib. Erika isə ona "Mənim sevgilim 90-cı illərdəndər" cavabını yazıb.
Qeyd edək ki, Urqant açıqlamalarında Erikanı doğma qızı kimi qəbul etdiyini söyləyib.