axin.az

SON DƏQİQƏ

Masallılı Brüs Li 30 il sonra anasını gördü - Video

14-01-2020, 18:35

Masallılı Brüs Li 30 il sonra anasını gördü - VideoRusiyanın birinci kanalında yayımlanan "Мужское/женское" adlı veriliş Masallıda Brüs Li ləqəbi ilə tanınan Bəxtiyar Kərimov adlı azərbaycanlıya həsr edilib.

Axin.az xəbər verir ki, o 30 il anasından ayrı yaşayıb.

Rusiyada Açinsk şəhərində yaşayan Olqa Derbedeneva bildirib ki, 1987-ci ildə azərbaycanlı Ələddin Kərimovla görüşüb və birlikdə yaşayıb. İki il sonra onların oğlu dünyaya gəlib. Atası uşağa Brüs Li adını qoyub.

Bir ildən sonra Ələddin oğlunu götürərək Azərbaycana qayıdıb. Olqa illərlə oğlunu axtarıb. Bəxtiyar isə anasının öldüyünü düşünüb. Onu 9 il əvvəl dünyasını dəyişən nənəsi böyüdüb. Atasını isə uzun illərdir görmür. Buna səbəb isə Ə.Kərimovun oğlunu Azərbaycana gətirəndən sonra başqa ölkəyə getməsidir.

Verilişdə Olqa oğlunu qucaqlayıb və göz yaşlarını saxlaya bilməyib. Bəxtiyar eyni zamanda bacı və qardaşı ilə də tanış olub. O, atasının hazırda həbsxanada olduğunu vurğulayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA