axin.az

SON DƏQİQƏ

Sərt karantin: Bu şəxslərin cərimələri silinə bilərmi? - AÇIQLAMA

31-07-2020, 10:10

Sərt karantin: Bu şəxslərin cərimələri silinə bilərmi? - AÇIQLAMADünya ölkələrində koronavirus pandemiyasına görə karantin elan olunub. Hazırda Azərbaycanda da sərt karantin rejimidir və insanların əksəriyyəti yaşayış yerini yalnız SMS-icazə ilə tərk edə bilir. Bu da onların əmək fəaliyyətinə əngəl yaradır və dolanışıqlarını çətinləşdirir.

Məcburən iş dalınca gedən günəmuzd işçilər arasında isə karantin rejimini pozduğuna görə cərimələnlər var. Aydındır ki, onların indiki durumda bu cəriməni ödəməyə gücləri çatmır. Vətəndaşlar isə cərimələrin silinməsi ilə bağlı hələ də ümidlidirlər.

Bəs dövlət dövlət mövcud şəraiti və vəziyyəti, insanların karantin qaydalarını pozmaq məcburiyyəti və səbəblərini nəzərə alıb, onlara hər hansı bir güzəştin tətbiq edə bilərmi?

Dia.az xəbər verir ki, Millət vəkili Fazil Mustafa Hit.az-a açıqlamasında təklifi müsbət dəyərləndirib:

"Cərimələnən insanlarla bağlı öncədən hansı güzəştlərin tətbiq olunmasını söyləmək mümkün deyil. Bu müfaviq icra orqanının səlahiyyətinə aid məsələdir.

Hər bir halda vətəndaş sübuta yetirərsə ki, həqiqətən iş prosesinə görə cərimələnib, bu güzəştin tətbiq olunmasının tərəfdarıyam".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA