axin.az

SON DƏQİQƏ

İşdən çıxan icra başçısının müavini danışdı - “Qardaşım məni el arasında biabır etdi”

2-07-2020, 14:38

İşdən çıxan icra başçısının müavini danışdı - “Qardaşım məni el arasında biabır etdi”
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyev istefa verməsindən danışıb.

A.Hacıyev “MediaPost”a açıqlamasında istefa verməsi xəbərini təsdiqləyib:

“Bəli, mən vəzifəmdən azad olunmağım üçün ərizə yazmışam. Qardaşım narkotiklə həbs olunmaqla məni el arasında biabır etdi. İnsanların içinə çıxa bilmirəm. Bu olaylardan sonra kimin üzünə baxa bilirəm ki!”

A.Hacıyev bildirib ki, qardaşının narkotik alverçisi olmasından xəbərsiz idi:

“Sağlıq olsun, qarşıdakı günlərdə hər şey bilinəcək. Amma mövcud durumda mən heç nə bilmirəm. Ona görə də, icra başçısına ərizə yazaraq vəzifəmdən istefa vermişəm”.

Qeyd edək ki, A.Hacıyevin qardaşı 1968-ci il təvəllüdlü Babək Hacıyev polisin 25 iyul tarixində keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik maddə ilə saxlanılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA