Əməkdar artist Manana Caparidze qalmaqallı paylaşım edən məşhurları sosial şəbəkədə “qara siyahı”ya atdığını açıqlayıb.
Axin.az xəbər verir ki, “Show news”a danışan sənətçi efirlərdə qalmaqalların nisbətən azalmasına sevindiyini bildirib:
“Sosial şəbəkələrdə bunun qarşısını almaq çətindir. Qətiyyən izləmirəm və maraqlı da deyil. Belə hallarla qarşılaşdıqda onları “qara siyahı”ya atıram ki, görməyim. Gözəl ailədən çıxan, özünə hörmət edən insanlar qalmaqalla maraqlanmamalıdırlar. Söz-söhbətlər mənə heç nə qazandırmır, onun ömrü iki gündür. Qalmaqalla gündəmə gələnlər tarixdə qala bilməyəcəklər”