axin.az

SON DƏQİQƏ

Öskürəyi sağaldan sadə TƏBİİ VASİTƏ

12-02-2020, 17:26

Öskürəyi sağaldan sadə TƏBİİ VASİTƏSoyuq fəsillərdə nəfəs yolları iltihablarına çox tez-tez təsadüf edilir. Öskürəyin, bronxitin müalicəsi zamanı bəlğımgətirici vasitələrdən istifadə olunur.

Bu vasitələr nəfəs yollarını selikdən və mikroblardan təmizləyir. Apteklərdə çoxlu sayda sintetik bəlğəmgətirici vasitələr satılır. Onları yalnız həkimin təyini ilə istifadə etmək olar.

Xalq təbabəti də çox effektli bəlğəmgətirici vasitələri təqdim edir. Bu vasitələrdən biri mixəkli süddür.

Mixək çox güclü iltihab, virus və mikrobəleyhinə təsirə malikdir. Mixekli süd öskürək, bronxit, boğaz iltihabı zamanı əvəzedilməz vasitədir.

Mixəkli süd hazırlamaq üçün 3 mixək həvəngdəstədə yaxşı əzilir, üzərinə 1 stəkan isti (qaynar yox!) süd əlavə olunur, 20 dəqiqədən sonra süd süzülür və ilıq halda içilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA