“MTV Azərbaycan” telekanalı müğənni Rəhim Rəhimlinin direktor vəzifəsindən uzaqlaşdırılması xəbəri ilə bağlı məlumat yayıb.
Axin.az-ın verdiyi xəbərə görə, telekanaldan verilən məlumatda Rəhim Rəhimlinin vəzifəsindən getdiyi barədə yayılan xəbərlərin dezinformasiya olması və dəqiqləşdirilmədən yayıldığı bildirilib: “Rəhim Rəhimlinin “MTV Azərbaycan” telekanalının Yeni il proqramında iştirak etməməsi bəstəkar-müğənninin Moskva şəhərində dövlət tədbirində çıxışı ilə bağlı olub. Rəhim Rəhimli hazırda telekanalın direktoru vəzifəsində öz işini davam etdirir”.
Qeyd edək ki, müğənni Rəhim Rəhimlinin “MTV Azərbaycan” telekanalının rəhbəri vəzifəsindən getdiyi, onun yerinə isə müxtəlif vaxtlarda ATV, İTV və AzTV-də yüksək vəzifələrdə çalışan Həsən Abdullayevin təyin edildiyi barədə məlumatlar yayılıb.
Xatırladaq ki, R.Rəhimli 2018-ci ilin iyunundan kanalın direktoru vəzifəsini icra edir.Axin.az