axin.az

SON DƏQİQƏ

ÜST rəsmisindən Azərbaycanda koronavirusla bağlı qorxulu proqnoz: “Gələcəkdə də...”

1-05-2020, 15:47

ÜST rəsmisindən Azərbaycanda koronavirusla bağlı qorxulu proqnoz: “Gələcəkdə də...”“Koronavirus pandemiyası dünyanın digər yerlərində olduğu kimi, Azərbaycanda da fiziki məhdudiyyətlərin tətbiqi ilə nəzarət altına alınıb”.

Axin.az xəbər verir ki, bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Onun sözlərinə görə, iki həftə ərzində REACT-C 19 layihəsi çərçivəsində gedilən xəstəxanalarda koronaviruslu xəstələrin sayının azalması yaxşı xəbərdir:

“Havaların istiləşməsi, açıq havada daha çox vaxt keçirilməsi virusun azalmasına imkan verir. Bu, payız fəslinə hazırlaşmağa imkan verir. COVID-19 dünyanın üzləşdiyi son epidemiya və pandemiya deyil. Gələcəkdə də belə viruslar ola bilər.

Karantin rejiminin yumşaldılması ilə müəssisələr fəaliyyətə başlayacaq. Fiziki məsafənin qorunması və havalandırma virusla mübarizədə vacib addımdır”.

H.Harmancı qeyd edib ki, Türkiyədən Azərbaycana gələn həkimlər birinci mərhələ üçün Bakıda işlərini yekunlaşdırıblar və regionlara gedəcəklər.

İlhamə Əbülfət


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA