axin.az

SON DƏQİQƏ

Sabiq icra başçısının oğlunun bıçaqlıdığı qadından xəbər var - bir tərəfi tam olaraq iflic olub

12-02-2020, 19:00

Sabiq icra başçısının oğlunun bıçaqlıdığı qadından xəbər var - bir tərəfi tam olaraq iflic olubHəkimlər deyir ki, qızımın sağ əli və ayağı heç vaxt işləməyəcək. Bıçaq zərbələrindən bir tərəfi tam olaraq iflic olub. Ömür boyu yatağa məhkum olacaq.

Bu sözləri Axin.az-a 1 fevral tarixində Hüseyn Cavid parkında keçmiş əri tərəfindən qızının gözü qarşısında bıçaqlanan 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanın anası Elmira Zeynalova qızının durumu ilə bağlı danışarkən deyib.

E.Zeynalova bildirib ki, hələ də qızının vəziyyəti ağır olaraq qalır:

“Hələ bilinmir danışa biləcək, ya yox. Çünki özünə gələndə danışa bilmir. Bəzi səslər çıxarır, ancaq danışmır, söz deyə bilmir.

Həkimlər təhlükəni adlayıb-adlamadığı barədə bir söz deyə bilmir. Ümumiyyətlə düzəlməyə də bilər, çünki durumu çox ağırdır. Ancaq sağalsa da, yatağa məhkum olacaq. Cavan yaşında qızım şikəst oldu”.

Xatırladaq ki, Şuşa İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu 1981-ci il təvəllüdlü Ceyhun Bəhmənov keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanı küçədə bıçaqlayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA