axin.az

SON DƏQİQƏ

Azərbaycanda bu bankın problemli krediti 88 faiz olub - RƏSMİ

13-05-2020, 13:41

Azərbaycanda bu bankın problemli krediti 88 faiz olub - RƏSMİ“Lisenziyası geri çağırılan dörd bankın sektorda payı əhəmiyyətli deyildi. Bu pay cəmi sektorun aktivlərinin 2,5 faizini təşkil edirdi. Həmin bankların maliyyə vəziyyətində ciddi problemlər var idi”.

Axin.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, portfelin keyfiyyəti qeyri-qənaətbəxşdir:

“Bankların balansında olan ipoteka kreditlərini istisna etsək, bu bankların problemli kreditlərinin həcmi 73 faizdir. “Atabank” ASC-də isə bu faiz 88-ə çatırdı. Banklarda əhalinin 690 min manata yaxın əmanətləri var idi. Bunlar üçün belə bir şəraitdə portfelin 4/3-i işlək deyilsə, təbii ki, ciddi təhdidlər yaranır”.

“Açıq demək lazımdır ki, banklar bu əmanətləri geri qaytarmaq iqtidarında deyildi. Prezident İlham Əliyev tərəfindən əmanətlərin tam sığortalanması haqqında qanununun mövcudluğu imkan verir ki, bağlanan banklarda əhalinin qorunan əmanətləri qaytarılsın”, - deyə o qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA