Bu ilin I rübündə Türkiyənin ən böyük qida şirkəti “Ülker Biskvit”in satış gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 22,3% artaraq 2,38 milyard lirəyə (təxminən, 332,7 milyon ABŞ dollara) çatıb.
“Axin.az” xəbər verir ki, bu barədə şirkətin Türkiyə İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi məlumatda deyilir.
Bildirilir ki, eyni dövrdə şirkətin ölkə daxilində əməliyyatlarının həcmi 22,7%, ixrac və xaricdəki əməliyyatlarının həcmi isə 21,8% artıb.
“Koronavirus pandemiyası ilə mübarizədə qida istehsalçısı olaraq ön sıralarda yer alırıq. Hazırda “Ülker” güclü balans hesabatı ilə ölkə daxilində və fəaliyyət göstərdiyi xarici ölkə bazarlarında öz mövqeyini qoruyur”, - şirkətin CEO-su Mete Buyurgan vurğulayıb.