axin.az

SON DƏQİQƏ

WSJ: “Boeing” işçilərinin 10%-ni ixtisar edəcək

10-04-2020, 15:20

WSJ: “Boeing” işçilərinin 10%-ni ixtisar edəcək
ABŞ-ın “Boeing” korporasiyası yeni növ koronavirus pandemiyası şəraitində işçi heyətinin 10%-ni ixtisar etməyi nəzərdən keçirir.

“axin.az”in məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri yazıb.

Məlumata görə, bəzi işçilərin məcburi şəkildə işdən çıxarılması, habelə təzminat ödəməklə bağlanmış müqavilələrin vaxtından əvvəl ləğv edilməsi və bir sıra işçilərin vaxtından əvvəl təqaüdə göndərilməsi məsələləri nəzərə alınır. Son qərar hələlik qəbul edilməyib.

Xatırladaq ki, bir qədər əvvəl “Boeing” pandemiya fonunda yaranmış böhran səbəbindən səhmdarlarına dividendlərin ödənilməsini dayandırıb, həmçinin ABŞ-ın Pensilvaniya ştatındakı müəssisələrində istehsalına müvəqqəti fasilə verib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA