axin.az

SON DƏQİQƏ

Ndlovu “Qarabağ”dakı tarixi qolunu xatırladı

18-05-2020, 16:37

Ndlovu “Qarabağ”dakı tarixi qolunu xatırladı"Biz “Qarabağı bütün dünyaya tanıtmağı planlaşdırırdıq, ancaq cavab matçının ilk hissəsi demək olar ki, ən pis oyunumuz idi”.

Axin.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu “Germiston City News”a açıqlamasında deyib.

Hazırda Çinin "Xançjou Qrintaun" klubunda çıxış edən cənubi afrikalı hücumçu Çempionlar Liqasının pley-off mərhələsində Danirmarkada “Kopenhagen”lə keçirilən cavab matçından danışıb. O, vurduğu tarixi qolu belə xatırlayıb: “Baş məşqçimiz dedi ki, rəqib bütün gücü ilə irəli atılacaq, qol vurmağa çalışacaq, bizim isə qarşıda yalnız 1-2 şansımız olacaq. İkinci hissənin başlanmasından bir neçə dəqiqə sonra qol vurdum".

Xatırladaq ki, Ağdam klubu 2017-ci ilin avqustunda keçirilən iki oyunun nəticəsinə görə (1:0, 1:2) - Endlovunun vurduğu səfər qolu ilə “Kopenhagen”i üstələyərək, Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA