FİVB yeni reytinq cədvəlini açıqlayıb.
Axin.az xəbər verir ki, siyahı voleybol üzrə Azərbaycan milliləri üçün uğurlu alınıb.
127 reytinq xalına malik qadınlardan ibarət komandamız bir pillə irəliləməklə, 26-cı yerə yüksəlib. Bu siyahıya Çin voleybolçuları başçılıq edirlər.
Kişi voleybolçuların cədvəlində isə yığmamız mövqeyini qoruyub. 101 xala malik milli dünyada yenə 58-cidir. Bu siyahıda isə Braziliya liderdir.