axin.az

SON DƏQİQƏ

Messinin “Barselona”dakı gələcəyi müəyyənləşdi

8-02-2020, 12:06

Messinin “Barselona”dakı gələcəyi müəyyənləşdi


“Barselona”nın hücumçusu Lionel Messi bu il klubu tərk etmək fikrində deyil.

Axın.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, argentinalı futbolçu klubun idman direktor Erik Abidalla aralarında yaranmış problemə baxmayaraq, Kataloniyada qalacaq. O, ən azı müqaviləsinin müddəti bitənə - 2021-ci ilin yayına kimi “Barselona”da oynayacaq.

Bildirilir ki, “Barselona”nın prezidenti Jozep Bartomeunun tərəflərlə ayrı-ayrılıqda keçirdiyi görüşdən sonra Messi – Abidal gərginliyi nisbətən azalmağa başlayıb.

Qeyd edək ki, xarici mediada Messinin yayda “Mançester Siti”yə keçə biləcəyi də iddia olunub. Lakin “Sky Sports” yazır ki, bu transer gerçəkləşməyəcək. Klubun baş məşqçisi Xosep Qvardiola da Messinin “Barselona”dan ayrılacağına inanmadığını söyləyib

Başqa bir xəbərə görə, argentinalı “Barselona” ilə yeni müqavilə üçün danışıqlara başlamağa hazırdır. Amma o, hələlik bu məsələ ilə bağlı yekun qərarı qüvvədə olan müqaviləsi başa çatmağa yaxın verəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA