axin.az

SON DƏQİQƏ

Azərbaycanda nişanlı qız intihar etdi: Bacısının həyat yoldaşının telefonu ilə...

21-01-2020, 14:51

Azərbaycanda nişanlı qız intihar etdi: Bacısının həyat yoldaşının telefonu ilə...Dünən İmişli rayonunun Otuziki kənd sakini, 2003-cü il təvəllüdlü Səmədova Dünyaxanım Abid qızı hamamda özünü asaraq intihar edib. Onun nişanlı olduğu bildirilir.

Hadisə ilə bağlı Unikal.org-a açıqlama verən Otuziki kənd məktəbinin direktoru Balanisə Quliyeva mərhumun 11-ci sinif şagirdi olduğunu bildirib:

“Ailədə beş qız, bir oğlan övladları var. Sakit, ağıllı, tərbiyəli şagirdlərdən olub. Onun nişanlı olduğunu biz heç bilmirdik. Vəfat edəndən sonra bilmişik ki, xalası oğlu ilə nişanlı olub. Niyə intihar etdiyi bilinmir. Hadisə baş verən gün bacısıgilə gedib. Bacısının həyat yoldaşının telefonu ilə kiməsə zəng edib danışıb. Sonra evlərinə gedərək hamamda özünü trosla asıb.

Prokurorluqda cinayət işi açılıb, araşdırma aparılır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA