Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə "Axin.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, yanvarın 11-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində Şabran rayon sakini Z.Nadirov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Elman İsgəndərovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.