axin.az

SON DƏQİQƏ

“Yüksəliş” müsabiqəsi ilə bağlı könüllülərə təlim keçirildi - FOTO

14-01-2020, 16:52

“Yüksəliş” müsabiqəsi ilə bağlı könüllülərə təlim keçirildi - FOTOYanvar 13-də 1 saylı “ASAN xidmət” mərkəzində “Yüksəliş” İctimai Birliyinin nümayəndələri tərəfindən onlayn təlim keçirilib.

Təlimin məqsədi “ASAN xidmət” əməkdaşları və könüllülərini “Yüksəliş” müsabiqəsinin təbliği və qeydiyyat prosedurları haqqında məlumatlandırmaq, bu prosesdə onların fəal iştirakını təmin etməkdir.

Təlimlərə “ASAN xidmət”in Bakı və Sumqayıt, o cümlədən, 10 bölgədən olan əməkdaşları və könüllüləri qatılıb. Hər bölgədən 10-a yaxın dinləyicinin iştirak etdiyi təlimlər ikimərhələli keçirilib.

Birinci mərhələdə “ASAN xidmət” əməkdaşlarına və könüllülərə “Yüksəliş” müsabiqəsi haqqında məlumat verilib. Bu məlumat könüllülərin müsabiqənin təbliğində fəallığını və məlumatlılığını təmin edəcək.

İkinci mərhələ Sumqayıt və bölgələrdən olan “ASAN xidmət” könüllüləri üçün nəzərdə tutulub. Onlara “Yüksəliş” müsabiqəsinin qeydiyyat proseduru haqqında məlumat verilib.

“ASAN xidmət” könüllüləri çalışdıqları bölgələrdə qeydiyyatdan keçmək istəyən şəxslərə necə kömək göstərəcəklərini öyrəniblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinə dekabrın 27-dən start verilib. Qeydiyyat 2 fevral 2020-ci il saat 18.00-dək davam edəcək. Müsabiqəyə qatılmaq istəyənlər https://yukselish.az/ saytında qeydiyyatdan keçə bilərlər.

“Yüksəliş” müsabiqəsi ilə bağlı könüllülərə təlim keçirildi - FOTO
“Yüksəliş” müsabiqəsi ilə bağlı könüllülərə təlim keçirildi - FOTO
“Yüksəliş” müsabiqəsi ilə bağlı könüllülərə təlim keçirildi - FOTO
“Yüksəliş” müsabiqəsi ilə bağlı könüllülərə təlim keçirildi - FOTO
“Yüksəliş” müsabiqəsi ilə bağlı könüllülərə təlim keçirildi - FOTO
“Yüksəliş” müsabiqəsi ilə bağlı könüllülərə təlim keçirildi - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA