axin.az

SON DƏQİQƏ

Gürcüstan hökumətinə iyulun 15-dək məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verildi

22-05-2020, 20:30

Gürcüstan hökumətinə iyulun 15-dək məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verildiGürcüstan parlamenti üçüncü oxunuşda “İctimai sağlamlıq” haqqında qanuna düzəlişlər layihəsini təsdiqləyib.

Axin.az-in yerli bürosu xəbər verir ki, sənədi 81 deputat dəstəkləyib.

Layihəyə əsasən, hökumətə koronavirusun yayılmasının qarşısının alınması üçün ölkədə fövqəladə vəziyyət elan etmədən müəyyən məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verilib.

Hökumət iyulun 15-dək hərəkət, iqtisadi fəaliyyət, əmlak, toplaşma, əmək və digər hüquqların məhdudlaşdırılması ilə bağlı tədbirləri həyata keçirə biləcək.

Qeyd edək ki, qonşu ölkədə fövqəladə vəziyyət rejiminin müddəti mayın 23-də başa çatır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA