axin.az

SON DƏQİQƏ

Çinin İsraildəki səfirinin ölüm səbəbi məlum oldu

18-05-2020, 09:16

Çinin İsraildəki səfirinin ölüm səbəbi məlum olduBu gün səhər öz iqamətgahında ölü tapılmış Çinin İsraildəki səfiri Du Vey səhhətində yaranmış problemlə bağlı dünyasını dəyişib.

“Axin.az” xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası bildirib.

Bununla yanaşı qeyd edilir ki, səfirin ölüm səbəbi "əlavə yoxlama aparılmasını və təsdiqetməni tələb edir".

Çinin Xarici İşlər Nazirliyi diplomatın ailə üzvlərinə başsağlığı verib.

Daha əvvəl İsrailin Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən “The Jerusalem Post” qəzeti bildirib ki, Du Vey mayın 17-də Təl-Əvivdən şimaldakı Qersliya şəhərindəki iqamətgahında ölü tapılıb. Onun 57 yaşı vardı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA