axin.az

SON DƏQİQƏ

İranın keçmiş prezidenti koronavirusa yoluxub

29-03-2020, 13:30

İranın keçmiş prezidenti koronavirusa yoluxubİran İslam Respublikasının keçmiş prezidenti Məhəmməd Xatəmi koronavirusa yoluxub.

“Axin.az” "Al Arabiya"ya istinadən xəbər verir ki, 76 yaşlı M.Xatəmi paytaxt Tehrandakı xəstəxanalardan birinə yerləşdirilib.

Onun durumu barədə heç bir rəsmi məlumat yayılmayıb.

Qeyd edək ki, hakimiyyətdaxili islahatçı xəttin lideri sayılan Məhəmməd Xatəmi 1943-c il sentyabrın 23-də İranın Yəzd əyalətinin Ərdəkan şəhərində doğulub. O, İran İslam Respublikasının 5-ci prezidentidir və iki dəfə prezident seçilib: birinci dəfə 1997-ci ildə, ikinci dəfə isə 2001-ci ildə.

Xatırladaq ki, İranda koronavirusa yoluxanların sayı 35 408 nəfərdir. Ölkədə 2 517 nəfər bu infeksiyada ölüb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA