Almaniyada törədilmiş dəhşətli cinayətin hərtərəfli araşdırmaq üçün hər cür səy göstəriləcək .
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Almaniya Kansleri Angela Merkel Hanau şəhərində baş vermiş silahlı hücum barədə danışarkən deyib. O bildirib ki, "irqçilik bir zəhərdir, nifrət də zəhərdir. Bu zəhər cəmiyyətimizdə mövcuddur".
Xatırladaq ki, ötən gün Almaniyada irqçi zəmində törədilmiş terror hücumu zamanı 9 nəfər həlak olub, onlardan 5-i türkdür.