axin.az

SON DƏQİQƏ

Küçə itləri ilə bağlı çətinlik – "İcra hakimiyyəti ilə görüşə bilmirik"

3-03-2020, 14:28

Küçə itləri ilə bağlı çətinlik – "İcra hakimiyyəti ilə görüşə bilmirik"Xaçmaz rayonunda 3 ildir fəaliyyət göstərən “Biz də yaşamaq istəyirik” heyvan sığınacağında çətin vəziyyət yaranıb.

Küçə heyvanlarının saxlandığı sığınacağın yaradıcı Nailə Rüstəmli Lent.az -a açıqlamasında bildirib ki, sığınacaqda itlərə demək olar ancaq öz güclərinə baxırlar: “Yerli sakinlər kömək etmir. Əksinə mane olmağa çalışırlar. Sosial şəbəkələr vasitəsilə kömək edənlər olur. Hazırda heyvanlara yem almaqda çox çətinlik çəkirik”.

N.Rüstəmli bildirib ki, Rayon İcra Hakimiyyəti ilə görüşmək və küçə itlərinin problemlərini onlarla həll etmək istəyir: “Rayon İcra Hakimiyyəti ilə görüşmək və onların dəstəyini almaq istəyirik. Amma heç bir şəkildə görüşə bilmirəm. Onların dəstəyi olsa, heyvanları qısırlaşdırıb çoxalmasının qarşısını almaq mümkün olar”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA