“Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı “Dinamo” (Tbilisi) ilə ilk matçın hazırlığını davam etdirir.
Axın.az xəbər verir ki, dünən səhər saatlarında Gürcüstana yola düşən komandanın üzvləri “Zestafoni” klubunun məşq bazasında axşam məşqinə çıxıb.
Qeyd edək ki, “Dinamo” ilə ilk oyun sabah Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək.