Türkiyənin Antalya şəhərində sənaye şəhərciyində təmir üçün gətirilən yük maşınının içindən meyit tapılıb.
Bu barədə “Hürriyet” xəbər yayıb.
Bildirilir ki, təmirxananın qarşısında yük maşınında bir nəfərin hərəkətsiz olduğunu görən işçilər bu barədə hüquq-mühafizə orqanlarına xəbər verib.
İlkin araşdırmalar nəticəsində cəsədin 53 yaşlı Orhan Baruta aid olduğu müəyyən edilib.
Ölən şəxsin uzun müddətdir işləmədiyi və bu maşını yatmaq üçün istifadə etdiyi məlum olub.