Koronavirusla mübarizə çərçivəsində Çindən Dəməşqə təyyarə ilə 2000-ə qədər test dəsti göndərilib.
Bununla bağlı RT kadrlar yayımlayıb.
Hazırda Suriyada komendant saatı tətbiq olunub, əyalətlər arasında nəqliyyatın hərəkəti və hava əlaqəsi dayandırılıb, məktəblər və universitetlər, həmçinin bir sıra müəssisələr bağlanıb.
Son məlumatlara görə, ölkədə 33 yoluxma halı qeydə alınıb. Xəstələrdən ikisi ölüb, beşi isə sağalıb.