Azərbaycan Dövlət İqtisad Universitetində Kibertəhlükəsizlik Maarifləndirmə Tədbiri Keçirilib.
Təhsil
10-12-2024, 12:30
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mövzularını əhatə edən maarifləndirmə tədbiri keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd universitet tələbələri arasında informasiya təhlükəsizliyi haqqında bilikləri artırmaq, kibertəhlükəsizlik mədəniyyətini inkişaf etdirmək və onları gələcək karyera planlamalarında düzgün istiqamətləndirmək idi.
Bu tədbirdə ETX-nin mütəxəssisi “İnformasiya təhlükəsizliyi üzrə müdafiə sistemləri” mövzusunda çıxış edib. Mütəxəssis, informasiya təhlükəsizliyini təmin etmək üçün hansı texnologiya və yanaşmaların istifadə olunduğunu izah edib və tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb. Ümumilikdə 45 nəfərin iştirak etdiyi bu tədbir, kibertəhlükəsizliyin vacibliyi və bu sahədə karyera imkanları haqqında maarifləndirici bir platforma rolunu oynayıb.