"Bakı, Sumqayıt, Abşeron, Gəncə və Şəki şəhərində məktəblər distant şəkildə davam edəcək”
Axin.az Sfera.az-a istinadən xəbər verir ki, bunu canlı yayımda sualları cavablandırarkən təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, növbəti həftənin ikinci yarısı bizə gələcəklə bağlı daha yaxşı proqnozlar verməyə imkan verəcək:
"Yoluxma sayları azaldığı anda dərhal ənənəvi təhsilə qayıdacağıq”.