“Hazırda məktəblərdə koronavirusla bağlı durum sabitdir. İndiki vəziyyət fevralın 15-i üçün verilən qərara təsir etməyəcək”.
Axin.az “Report”-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Şöbə müdiri bildirib ki, epidemioloji vəziyyət dəyişərsə bunun nəticələri fevralın 24-də məlum olacaq.