Azərbaycan təhsilinin iki hekayəsi var. 1 milyon 4 mindən çox təhsil alanın özünəməxsus kabineti var. 128 min təhsilverən isə bu qeydiyyatdan keçib”.
Axin.az "Report"-a istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, yanvarda 6 milyon 200 min onlayn dərs keçirilib:
“Bu dərslərin keçirilməsində müəllimlərin böyük əməyi var. Onlayn təhsil şəbəkəsi bizə imkan verir ki, hansı çətinlikləri yaşadığımızı görək. Bu bizim problemli hekayəmizdir. Sentyabr-yanvar ayında 3 000 teledərs təqdim edilib. Distant təhsil bu gün bizim seçimizimiz yox, verilmiş vəziyyətdə ən yaxşı həll yoludur”.