Azərbaycanda təhsil alan əcnəbilərin sayı məlum olub

Təhsil
2 Oca 2021
18:00
Azərbaycanda təhsil alan əcnəbilərin sayı məlum olub
2020-2021-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən 6500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.

Bu barədə "Oxu.az"a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələri təmsil edir.