Məktəb direktoru özünə dəbdəbəli ad günü keçirdi

Təhsil
22 Ara 2020
14:00
Məktəb direktoru özünə dəbdəbəli ad günü keçirdi
Sosial şəbəkələrdə 187 saylı məktəbin direktoru Nailə Məmmədova haqqında video yayılıb.
Məktəb direktorunun özünə yubiley mərasimi keçirdiyi deyilir. Videodan aydın görünür ki, direktor sərt karantin qaydalarını pozaraq, 60 yaşını qeyd edib.
Hüquq mühafizə orqanlarında bildirilib ki, yayılan video ilə bağlı araşdırma aparılır. Onun köhnə yaxud da yeni olması müəyyənləşdirilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən kütləvi toplaşmaq, məclislər təşkil etmək qadağandır. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə(Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə nəzərdə tutulur.