"Bu sənətə aparıcılıqla gəlmişəm. 2013-cü ildən aparıcılığı dayandırmışdım. Düşünürəm ki, qayıtmağın vaxtıdır. Yaxın günlərdə kamera arxasından önünə keçəcəm".
Axin.az xəbər verir ki, bu sözləri aparıcı-aktyor İlkin Həsəni "ATV maqazin onlarla" verilişində deyib. O, uzun fasilədən sonra yenidən aparıcılığa qayıtmağa hazırlaşdığını deyib.
İlkin "Buğlama" teletamaşasından da danışıb:
"Bozbash pictures"dən sonra tərəddüd edirdik. Amma bu layihəmiz də uğurlu alındı".