"Ən çox dövləti güldürmüşəm" deyib gəlirini açıqladı - Məbləğ təəccübləndirir
Şou-biznes
30-10-2024, 19:58
Pandemiya vaxtı şans üzünə gülən komediyaçı Hasan Can Kayanın gəliri açıqlanıb.
Axın.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Azərbaycanda da kifayət qədər şöhrət qazanan komediyaçının illik gəliri 70-80 milyon lirə arası dəyişir.
O, qazandığı məbləğin 30 milyon lirəsini vergi olaraq ödəyib. Hətta, komediyaçı bu məbləğin çoxluğuna kinayə ilə "ən çox dövləti güldürmüşəm", - deyib.
Qeyd edək ki, 80 milyon lirə təxminən 3 milyon AZN-dir.