“Mən krallıq etdiyim məkanları sevirəm. Elə bir məkanda olmalıyam ki, orada lider mən olum və sözüm keçsin”.
Bu sözləri xalq artisti Nisə Qasımova ARB-nin “Özəl” verilişinin qonağı olduğu zaman deyib:
“Əyləncəli şou proqramlara dəvət alırdım və bəzi aparıcılar məni sıradan bir müğənni kimi təqdim edirdilər. Bir xanımı səhnəyə dəvət edəndə onu seçməlidirlər. İstəməzdim ki, yeni səhnəyə çıxan qadınların yanında mən “xanım” ifadəsi olmadan təqdim olunum”, - deyə xalq artisti qeyd edib.