Hollivud ulduzu Orlando Blumun keçmiş və indiki qadınlarının dost münasibətləri hər iki tərəfin parəstişkarlarının marağına səbəb olub. Belə ki, 36 yaşlı ifaçı Keti Perri, Blumun keçmiş arvadı 38 yaşlı Miranda Kerrin təşkil etdiyi yoqa məşqlərini ziyarət edib və onun kosmetika brendini sosial şəbəkədə reklam edib.
Bu barədə “Haber Global” xəbər yayıb.
“Rəfiqəm Miranda Kerri və onun brendi ilə velnes-gün (sağlam həyatın qorunması və saxlanılması – red.) keçirdim”, - deyə aktrisa yazıb. O, həmiləliyindən bəri ilk dəfə yoqa ilə məşğul olduğunu da vurğulayıb.