Aynişan izləyicilərinə avtomobil bağışlayacaq

Şou-biznes
13 Nis 2021
20:05


Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva izləyicilərinə avtomobil hədiyyə edəcək.

Axin.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən bloger yarışma keçirdiyini vurğulayıb.

Belə ki, “İnstagram” hesabında yarış keçirən Aynişan izləyicilərindən birinə “Hyundai ix35” markalı avtomobil hədiyyə edəcəyini açıqlayıb:

“Və həyacan başlasın! Hər kəsin gözlədiyi maşın yarışımıza start veririk! Birinci yerin qalibinə “Hyundai ix35” markalı avtomobil”.

Qeyd edək ki, blogerin sosial şəbəkədə 1 milyondan çox izləyicisi var.
11.05.2021
20:00
"Real" Mendini itirdi