Azərbaycanı "Eurovision 2021" müsabiqəsində təmsil edəcək Samirə Efendinin "Mata Hari" mahnısı və klibi martda ən çox izlənilən 10 klip siyahısına düşüb.
Axin.az Axşam.az-a istinadən xəbər verir ki, ekran işi yarışmanın "Youtube" kanalında dördüncü yerdə qərarlaşıb.
Top 10-luğa ötən illərdə yarışmada yer alan ekran işləri də daxil olub. Onlar arasında Aleksandr Rıbakın "Arcade" mahnısı yer alıb.
Hazırda "Mata Hari"nin ümumi baxış sayı 2,5 milyondur. Martın 15-də təqdim edilən ekran işi böyük marağa səbəb olub.
Qeyd edək ki, müsabiqə Rotterdamda mayın 18-dən 25-nə kimi keçiriləcək.