Məşhur Rejissorun tələbəsindən yeni layihə

Şou-biznes
5 Mar 2021
18:00


Keçdiyimiz günlərdə gənc və bir o qədər də istedadlı olan klipmaker Alik Quliyev reper Eltac (Eko) Həsənovun klipini çəkdi. Klip çəkilişləri zamanı biz Aliki həyəcanlı və həvəsli gördük. Klipdən olan kamera arxası görüntüləri sizlərə təqdim edirik. Qeyd edək ki, məşhur rejissor Elvin İsmanlının tələbəsi olan Alikin bu klip ilk işi deyil. Bundan öncə İbrahim Akef, Rəhim Majid və bir çox müğənnilərin klipini çəkmişdir. Biz də öz növbəmizdə bu gənc və istedadlı dostumuza gələcək işlərində uğurlar arzulayırıq.
My Media Baku'nun layihəsi olan Klip 17 Mart tarixində yayımlanacaq.


10.04.2021
19:20
Abasovun Honda dərdi