“Biz müğənnilər bir başqa cür əziyyət çəkdik“ - Roza Zərgərli

Şou-biznes
5 Mar 2021
21:00


"Ən çətin vəziyyətdə qalan musiqiçilər oldu. Biz müğənnilər bir başqa cür əziyyət çəkdik. Amma musiqiçilər tam başqa”.

Axin.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli ARB telekanalında yayımlanan “Xəbər-Ətər” proqramında qonaq olarkən deyib.

Müğənni musiqiçilərin pandemiya dövründə maddi sıxıntılar yaşadığını qeyd edib:

“Onlar günlük işləyən insanlardır. Nə qədər arxalarında pul olsa da, bir il dayana bilməzdilər. İstərdik ki, musiqiçilər haqqında aidiyyatı qrumlar düşünsün. Pandemiya nə qədər olacaq bilinmir. Başqa problem də yarana bilər. Bunlar çörəksiz qalacaq. Çoxları ailəlidir, evinə çörək aparmalıdır. Müğənnilər isə oxumağı unudub".
10.04.2021
19:20
Abasovun Honda dərdi