Ədalət Damla ilə efirə çıxmaqdan niyə imtina etdi?

Şou-biznes
3 Mar 2021
20:30


Əməkdar artist Ədalət Şükürov "Həmin Zaur" proqramında qonaq olub.

Musavat.com xəbər verir ki, müğənni proqramlardan birinə Damla ilə çıxmamasının səbəbini açıqlayıb:

"Bütün xanımlara hörmətim var. Düzgün başa düşülməyib. Proqramda format belə idi ki, bir xanım müğənni çıxıb yarım saat oxuyurdu. Sonra mən, sonra Abbas Bağırov çıxmalıydı. Çıxdım, yarım saat oxudum. Rejissora dedim ki, Abbas Kürdəmirdən gəlir, əgər çatmırsa, qalım. Dedilər ki, yox. Hadisə belə baş verib".

Qeyd edək ki, "5/5" proqramında Ə.Şükürov Damla studiyaya gələndə proqramı tərk etmişdi.